Uğurlu təhsil və yüksək karyera pilləsinə bizimlə qalx !

Improve the hIgher educatIon career wIth us !

Xəbərlər

ELANLAR

  • FTLRC 2024 - beynəlxalq elmi konfrans

    Future Trends in Leisure & Recreation - FTLRC 2024 mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir
    FTLRC 2024 - beynəlxalq elmi konfrans
  • Erasmus+ proqramı - İspaniya

    Azerbaijan Cooperation University announces a call for 2nd and 3rd year students and Academic/Administrative staff Destination: University of Coruna in Spain
    Erasmus+ proqramı - İspaniya
  • Erasmus+ proqramı

    Azerbaijan Cooperation University announces a call for 2nd and 3rd year students. Destination: Schmalkalden University of Applied Sciences Program: Erasmus+ KA171 Student Mobility for Study 2023/2024
    Erasmus+ proqramı
  • Beynəlxalq Konfrans (AKU)

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
    Beynəlxalq Konfrans (AKU)
  • Respublika konfransı (BDU)

    2023-cü il 16 və 17 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda IV Respublika elmi konfransı konfransı keçiriləcəkdir.
    Respublika konfransı (BDU)
  • Respublika konfransı (Pİ)

    Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı təşkil edir.
    Respublika konfransı (Pİ)
  • Respublika konfransı (WU)

    Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 26 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.
    Respublika konfransı (WU)
  • Beynəlxalq konfrans (WU)

    Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 19 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
    Beynəlxalq konfrans (WU)
  • Şuşa ili

    Respublikamızda keçirilən “Şuşa İli” çərçivəsində Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci tələbələri arasında “Şuşa milli rəmzimizdir” adlı şeir, hekayə və esse müsabiqəsi ELAN edilir.
    Şuşa ili

    Şəhid Məzunlarımız

    • Əhməd Vaqif oğlu Kərimov

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
    • Kənan Sadıq oğlu Süleymanlı

      Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi. Kənan Süleymanlı 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Üçtəpə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
    • Rövşən Məmmədağa oğlu İsmayılov

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub.
    • Emil Rasif oğlu Abduləzimli

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur.
    • Hüseyn Akif oğlu Həmidzadə

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə şəhid olmuşdur.
    • Rəcəb Yolçu oğlu Məmmədov

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. 7 noyabr 2020-ci ildə Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    • Nicat Şöhrət oğlu Tarıverdiyev

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. 9 Noyabr 2020-ci il tarixində Talış - Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
    • Balaş İltizam oğlu Fərziyev

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.

      Haqqımızda

      Azərbaycan Kooperasiya Universiteti

      2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu

      Yaradıldığı il: 1964-cü il

      Dövlət Akkreditasıyası: ARTN-nin Akkreditasiya Şurasının qərarına əsasən Təhsil Nazirliyinin 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur.

      Lisenziya: ARTN-nin 15.03.2012-ci il tarixli 411 saylı əmri ilə ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı aparılmasına (071001 nömrəli qeydiyyat №-si 137) lisenziya verilmişdir.

      Heydər Əliyev

      Ümummilli Lider

      Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

      Çoxprofilli Universitet

      Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

      Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.

      Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.

      Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq Universitetdə magistr hazırlığı həyata keçirilir.

      Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.

      Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.

      Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxivfəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris – köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

      Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

      2009-cu ildə Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərək 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.

      İqtisadiyyat

      İdarəetmə

      Maliyyə

      Mühasibat uçotu və sənayenin təşkili

      Marketinq və menecment

      Ekspertiza və texnologiya

      Sosial iş və Tərcümə

      Qiyabi şöbəsi

      Doktorantura şöbəsi

      Magistratura şöbəsi