• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Tədris Şöbəsi

Tədris Şöbəsi

                                                        

 

Aydın Zabit oğlu Mirzəməmmədov - Azərbaycan Kooperasiya Universitetinin "Tədris Şöbəsi"nin müdiri, İqtisad elmləri namizədi, dosent

Həyatı və Fəaliyyəti

Mirzəməmmədov Aydın Zabit oğlu 18 noyabr 1960-cı ildə Ağsu rayonunun Kalva kəndində anadan olub.1978-ci ildə orta məktəbi bitirib, 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycandan kənara Ukraynadakı Poltava İqtisadiyyat və Ticarət Universitetinə təhsil almağa göndərilib. O dövr üçün təhsildə ən yüksək göstəriciyə nail olub, 1984-1986-cı illərdə Lenin təqaüdü alıb. 1986-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib və Moskva Kooperativ İnstitutunun Bakı filialına təyinat alıb. Həmin ildən hazıra kimi Azərbaycan Kooperasiya Universitetində çalışır. İqtisad elmləri namizədi, “iqtisadiyyat və iqtisadi nəzəriyyələr” kafedrasının dosentidir.

Şöbə Haqqında

AKU-da tədris şöbəsi qeydiyyat, qiymətləndirmə və tədris prosesinin təşkilini təmin edir. Ümumiyyətlə, Universitetin idarə olunmasının 4 funksiyasını qiymətləndirmə, tənzimləmə, informasiya təminatı və nəzarəti tədris hissəsi, əsasəndə tədris şöbəsi həyata keçirir. İmtahan nəticələrinin yoxlama – nəzarət sistemi, imtahan vərəqələrinin kodlaşdırılması, toplanması və qiymətləndirilməsi, apelyasiya komissiyaları və digər tənzimləmə və nəzarət formaları kafedra və fakültələrlə qarşılıqlı əlaqədə aparılır.