• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb

Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb

Azərbaycan Kooperasiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir.
Beləki, universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev qardaş Türkiyənin Antalya şəhərinə səfəri çərçivəsində Türkiyənin ən nüfuzlu universitetlərindən sayılan Akdəniz Universiteti ilə rəhbərlik etdiyi ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalayıb. İmzalanma və qarşılıqlı görüşlərdən sonra Atatürk konfrans salonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə hər iki universitetin rektoru, qardaş ölkədəki Azərbaycan səfiri çıxış edib. Tədbir Azərbaycan-Türkiyə qardaşlığını özündə tərənnüm etdirən müxtəlif musiqi nömrələri ilə davam etdirilib.
Qeyd edək ki, Akdəniz Universiteti turizm sahəsi üzrə ixtisaslaşmış kadr hazırlığı üzrə ilk sıralardadır. Universitet 1982-ci ildən fəaliyyət göstərir, ali məktəbin 22 fakültəsində 70 mindən artıq tələbə təhsil alır.